Donald Tramp - Şimali Koreyada həbs edilən üç amerikalı əsgər azad edildi
Donald Tramp – Şimali Koreyada həbs edilən üç amerikalı əsgər azad edildi.
Bu barədə bəyanatı ABŞ prezideti Donald Tramp sosiyal şəbəkə “Tvitterdə” yaydı.
Tramp həmçinin, qeyd etdi ki, Maik Pompeonun Kim Çen İnlə görüşü yaxşı keçdi.
Donald Trampın yazdığına görə, onun və Kim Çen İn arasınaki görüşün yeri və vaxtı planlaşdırılıb.
“Sevinərək, birldirirəm ki, Maik Pompeo, görüşmək istədiyi üç maraqlı centlmenlə bərabər Şimali Koreyadan geri qayıdır. O həmçinin, Kim Çen İnlə də görüşdü. Onunla görüşümüzün yeri və tarixi artıq planlaşdırılıb” – yazır Donald Tramp.
Donald Trampın bəyanatına görə, Maik Pompeo üç azad edilmiş amerikalı ilə bərabər geri qayıdır. ABŞ prezidenti onları yerli vaxt ilə, saat 02:00-da Endryus Aviabazasında qarşılayacaq.
Üç ABŞ vətəndaşı Şimali Koreayada keçən ilin yaz aylarında həbs edilmişdi.