Donald Tramp - seçkilər günündən sonra daxil olan istənilən səs, hesablanmayacaq
Amerika Birləşmiş Ştatlarının prezidenti, Donald Tramp seçki səslərinin hesablanması prosesi ilə bağlı daha bir bəyanat yayır.
Donald Trampın dediyinə görə, gecikdirilmiş səslər hesablanmayacaq.
“Seçkilər günündən sonra daxil olan istənilən səs, hesablanmayacaq”, – Donald Tramp “tvitter” sosial şəbəkəsində yazır.
Səslərin hesablanması prosesi Amerikanın bir neçə ştatında bu vaxta qədər davam edir. Nəticələr seçkilər üçün həlledici olacaq. Bunlar arasında Nevada, Şimali Karolina, Corciya və Pensilvaniya var.
“Hesablamanı dayandırın”, – ABŞ prezidenti, Donal Tramp az öncə “tvitter” sosial şəbəkəsində yazdı.