Donald Tramp Rusiyaya qarşı sanksiyaları genişləndirən və İrana qarşı mövcud sanksiyaları uzadan “Lindsi Qremin qanun layihəsi”ni imzalayıb

10:21, 19.09.2026

ABŞ prezidenti Donald Tramp mərhum senator Lindsi Qremin həmmüəllifi olduğu Rusiya əleyhinə sanksiyalar haqqında qanun layihəsini imzalayıb. Bu barədə Ağ Ev məlumat yayır.

Ağ Evin məlumatına görə, söhbət Rusiyaya qarşı qanunvericilik sanksiyalarını, rüsumları və qadağaları gücləndirən və genişləndirən, həmçinin İrana qarşı mövcud sanksiyaları uzadan aktdan gedir.

“Lindsi Qrehem qanun layihəsi” Rusiyanın rəsmi şəxslərinə, banklarına, oliqarxlarına və “Kölgə Donanmasına” qarşı sanksiyaları nəzərdə tutur və ABŞ prezidentinə Rusiya nefti və qazını alan ölkələrə 100%-ə qədər rüsum tətbiq etmək hüququ verir.

İrana qarşı sanksiyalara gəldikdə isə, sözügedən qanunla bu sanksiyaların müddəti daha beş il uzadılıb.

Bununla yanaşı, Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib ki, Rusiya təxminən beş ildir davam edən, Ukraynanın Avropa müttəfiqlərinə hücum edir.

“Düşünürəm ki, onlar artıq Ukraynanın müttəfiqlərinə hücum edirlər. Onlar təxminən beş ildir ki, Ukraynanın müttəfiqlərinə hücum edirlər. Düşünürəm ki, hamı bununla razıdır”, – deyə Tramp qeyd edib.

Oxşar