Donald Tramp prezident seçiləcəyi təqdirdə ABŞ qoşunlarını Ukraynaya göndərməyəcəyini bildirir
Donald Tramp prezident seçiləcəyi təqdirdə ABŞ qoşunlarını Ukraynaya göndərməyəcəyini bildirir

 
ABŞ prezidentliyinə namizəd Donald Tramp seçiləcəyi təqdirdə Amerika qoşunlarını Ukraynaya göndərməyəcəyini bildirir.

“Mən sizə zəmanət verirəm, bunu etməyəcəyəm” -deyə Donald Tramp bildirib.

O bildirib: “Fransa başqa şeydir, onlar az-çox qonşudurlar və bizim aramızda isə okean var”.

“Mən mütəmadi olaraq Ukraynanın NATO-ya daxil olması ilə bağlı söhbətlər eşidirəm, indi isə buna Fransanın özünün Ukraynada döyüşmək istədiyi haqda söz-söhbət əlavə olundu. Onlara uğurlar”- Tramp açıqlayıb.

ABŞ-ın sabiq prezidenti qeyd edib ki, mediada Ukraynanın hərbi kadr çatışmazlığı səbəbindən uşaqları və qocaları hərbi əməliyyatlara cəlb etməyi planlaşdırdığı haqda məlumatla tanış olub.

Həmçinin, Tramp deyib ki, Co Bayden Ukraynaya NATO-ya üzv olacağına söz verməməli idi və Rusiyanın Ukraynaya daxil olmasına Kiyevin NATO-ya üzv olmaq niyəti səbəb olub.