Donald Tramp öncədən səs vermə hüququndan istifadə etdi - Səsimi Tramp adlı bir kişiyə verdim
ABŞ prezidenti Donald Tramp Floridada öncədən səs vermə hüququndan istifadə etdi.
Tramp öz səsini “Palm Biç” kitabxanasında açılan seçki məntəqəsində verdi.
Seçki məntəqəsindən çıxarkən Tramp medyanın suallarına cavab olaraq, bəyan etdi ki,səsini Tramp adlı bir kişiyə verdi.
O həmçinin poçt vasitəsi ilə səs vermə prosesini tənqid etdi və vətəndaşlara müraciət etdi ki, öz seçimlərini seçki məntəqələrində etsinlər.
“Səs vermə proseduru çox təhlükəsiz idi, hətta poçt vasitəsi ilə səs verməkdən çox daha təhlükəsiz” – dedi Donald Tramp.
ABŞ-da öncədən səs vermə prosedurundan 50 milyondan artıq insan istifadə edib.
ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək.