Amerika Birləşmiş Ştatları prezidenti, Donald Tramp ona qarşı impiçmentin bəyan edilməsinə əks səda verir və “tvitter” sosial şəbəkəsində videomüraciət yayır.
“Hazırda baş verənlər, Amerika siyasəti tarixində bir böyük yalandır. Demokratlar sizin silahınızı, səhiyyənizi, səslərinizi, azadlığınızı və hakimlərinizi əlinizdən almaq istəyirlər. Onlar hər şeyi almaq istəyirlər. Biz buna heç bir zaman yol verməyəcəyik”, – Donald Tramp bəyan edir.