Donald Tramp Milli Kəşfiyyatın keçmiş direktoru Con Ratkliffi Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə irəli sürüb

11:36, 13.11.2024

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Milli Kəşfiyyatın keçmiş direktoru Con Ratkliffin namizədliyini Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə irəli sürüb. Bu barədə “BBC” məlumat yayıb.

Donald Tramp açıqlamasında Ratkliffin Konqresdəki mühüm işini vurğulayır.

“Con Ratcliffe həmişə Amerika xalqı ilə həqiqət və dürüstlük uğrunda mübarizə aparıb.” – Tramp deyir.

Texasdan olan keçmiş konqresmen Con Ratkliff Trampın ilk dövründə milli kəşfiyyatın direktoru vəzifəsində çalışıb. Mətbuatın yazdığına görə, o, demokrat tənqidçilərə qarşı Trampın fəal müdafiəçisi olub.

Oxşar