Donald Tramp bəyan edir ki, öz xalqı üçün mücadələyi heç vaxt buraxmayacaq.
Bu bəyanatı Donald Trampın seçki qərargahı yayıb.
“Biz inanırıq ki, Amerika xalqı tam şəffaflığı və müvafiq olaraq da, bütün səslərin sayılmasını və seçkilərin nəticələrinin təsdiqlənməsini haqq edir. Söhbət hansısa konkret seçkilərdən deyil, ümumiyyətlə seçki prosesindən gedir” – deyilir qərargahın bəyanatında.
Tramp və onun qərargah üzvləri bəyan edirlər ki, qeyri-qanuni şəkildə verilən səslər hesab edilməməlidir.
“Biz başından bəri tələb edirdik ki, sadəcə qanuni şəkildə verilən səslər hesab edilməlidir, qeyri-qanuni bülletinlər isə, ləğv olunmalıdır, ancaq demokratlar tərəfindən bu fundamental prinsiplərin pozuntusuna hər addımda rast gəlirik, biz bütün qanuni vasitələrlə çalışırqı ki, amerikan xalqını öz iqtidarımıza inandıraq. Mən öz xalqım üçün mücadələyi heç vaxt buraxmayacam” – dedi Donald Tramp.
ABŞ-ın 2020-ci ilin prezident seçkilərində qalibin kim olduğu hələ də məlum deyil.
Hazırda “Demokratların” namizədi Co Bayden liderlik edir, ancaq “Respublikaçı” Donald Tramp qələbə şansını hələ də qoruyur.
Səslərin sayılması Nevadada, Pensilvaniyada, Şimali Karolinada və Arizonada davam edir.
Bununla yanaşı, Corciya ştatında, harda Bayden kiçik üstünlüklə irəlidədir, səslər yenidən hesablanacaq.
Səslərin hesablanması prosesinin yavaşlamasının səbəbi poçt ilə göndərilən bülletinlərdir.
Qeyd edilməlidir ki, ABŞ-ın qüvvədə olan prezidenti bəyan edti ki, bu metodla səs vermə korrupsiya və düzənbazlıq təhlükəsini əhatə edir.