Donald Tramp - Mən sizin prezidentiniz olduğum müddətdə, Vaşinqtonda "avtonomiya zonası" olmayacaq
Donald Tramp - Mən sizin prezidentiniz olduğum müddətdə, Vaşinqtonda "avtonomiya zonası" olmayacaq

ABŞ prezidenti Donald Tramp bəyan edir ki, etiraz aksiyalarının iştirakçılarının tələblərinə baxmayaraq, Vaşinqtonda “avtonomiya zonası” heç vaxt olmayacaq.

Bu haqda bəyanatı Tramp öz “Tvitter” səhifəsindən verdi.

“Mən sizin prezidentiniz olduğum müddətdə, Vaşinqtonda “avtonomiya zonası” olmayacaq. Əgər onlar buna cəhd etsələr, ciddi müqavimətlə qarşılaşacaqlar” – yazır Bəyaz Evin lideri.

Donald Trampın bəyanatı Vaşinqtonda keçirilən etiraz aksiyaları ilə bağlıdır, harda demonstrantlar ABŞ-ın yeddinci prezidenti Endryu Ceksonun heykəlini yıxmağa çalışdılar və müqəddəs İoan kilsəsinin üstündə “Qara Evin avtonomiya zonası” yazdılar.

Belə hadisə Sietldə də baş verdi, harda etiraz aksiyasının iştirakçıları şəhərin mərkəzi ərazisini  “avtonomiya zonası” elan etdilər.