Donald Tramp - Mən Si Cinpin və Vladimir Putini yaxşı tanıyıram, onlar indi birləşərək zərər vurmaq planları üzərində işləyirlər
Donald Tramp - Mən Si Cinpin və Vladimir Putini yaxşı tanıyıram, onlar indi birləşərək zərər vurmaq planları üzərində işləyirlər

ABŞ-ın keçmiş prezidenti Donald Trampın sözlərinə görə, Çin və Rusiya prezidentləri – Si Cinpin və Vladimir Putin “zərər verməyi” planlaşdırır.

“Mən Çin prezidenti Si Cinpini və Rusiya prezidenti Vladimir Putini yaxşı tanıyıram. İndi onlar birlikdə dağıntı yaratmaq üçün birləşəcəkləri planlar üzərində işləyirlər. Onlar bu barədə düşünürlər”, – Tramp Nyu-Yorkda jurnalistlərə danışarkən deyib.

“BBC”-nin yazdığı kimi, Amerika prezidentliyi dövründə Donald Trampın Si Tsinpinlə gərgin münasibəti olub. 2017-ci ildə o, Çin liderini qonaq edib və onların “qeyri-adi münasibətlərindən” danışıb, lakin sonrakı illərdə Tramp Si Cinpini “düşmən” adlandırıb.

Məlumat üçün bildirək ki, Vladimir Putin Çindədir və orada artıq ölkə prezidenti Si Cinpinlə görüşüb.