Donald Tramp – Mən Avropanı sevirəm, anam Şotlandiyadan, atam Almaniyadan olub, bu bölgəyə təbii bir bağlılığım var və orada nələrin baş verdiyini görmək ürəyimi parçalayır
Lənət şeytana, NATO-ya niyə kömək edirik? Bu barədə sonra öyrənəcəksiniz, – bu barədə ABŞ prezidenti Donald Tramp İrlandiyaya səfəri zamanı bildirib.
Trampın sözlərinə görə, Vaşinqton körfəzdən neft almamasına baxmayaraq, NATO ABŞ-a Fars körfəzində kömək etmək istəmirdi; halbuki NATO üzvləri öz neftlərinin böyük hissəsini — 40, 50 və ya 60 faizini — müxtəlif ölkələrdən alırlar.
ABŞ prezidentinin iddiasına görə, o, Avropanı sevir, lakin qitədə baş verənlər xoşuna gəlmir.
“Bilirsiniz, mən Avropanı sevirəm; anam Şotlandiyadan, atam isə Almaniyadan, yəni Avropadan olub. Mənim bu bölgəyə təbii bağlılığım var və orada baş verənləri görmək qəlbimi ağrıdır. Ticarət, enerji və immiqrasiya sahələrində baş verənlər xoşuma gəlmir. Ah, bu immiqrasiya…Özünüzə nə edirsiniz? Axı siz faktiki olaraq özünüzü məhv edirsiniz”, – deyə Donald Tramp qeyd edib.