Donald Tramp - Lazım olduğu halda ABŞ Britaniyayı qoruyacaq
Donald Tramp - Lazım olduğu halda ABŞ Britaniyayı qoruyacaq

Lazım olduğu halda Amerika Birləşmiş Ştatları Böyük Britaniyayı qoruyacaq, – bu barədə bəyanatı ABŞ prezidenti Donald Tramp verdi.

Trampın dediyinə görə, Britaniyanın vitse-premyeri ilə yaxşı münasibətləri var.

“Tereza Meyin hər dediyini və hər bir hərəkətini dəstəkləyirəm. Britaniyayı hərbi baxımdan da dəstəkləyirəm. Əgər orada nəsə olsa, biz dərhal yardım edəcəyik, ancaq ümid edirəm ki, Britaniyada hərbi yardım gərəkdirən heçnə baş verməyəcək” – dedi Tramp ITV kanalına verdiyi müsahibəsində.

2017-ci ildə Britaniyanın baş naziri ABŞ prezidentinə kraliçə Elizabet II-nin dəvətnaməsini verdi. Bundan sonra iki milyon insan Trampın səfərinə qarşı petisiya imzaladı. Petisiyanın yaradılmasının səbəbi isə, Trampın imiqrasiya siyasəti idi.

Cari ayda Tramp Britaniyaya səfərini təxirə saldı.

Həmçinin Tramp öncəki administrasiya tərəfindən Britaniyada 1,2 milyard dollar xərclənərək, səfirlik binasının tikilməsi faktını etiraz etdi.