ABŞ prezidenti Donald Tramp Krımın itməsində öz sabiq həmkarı Barak Obamayı suçlayır.
Bu barədə məlumatı CNN teleşirkəti yayır.
“Krımı mən iqtidara gəlmədən çox daha öncə, prezident Obama itirdi, bu onun suçu idi” – dedi Tramp.
ABŞ prezidentinin dediyinə görə, Putin Barak Obamaya hörmət etmirdi və Krımı ona görə işğal etdi.
Donald Trampın dediyinə görə, prezident Obama Suriyədə “Qırmızı Xətti” keçib, hərbi qüvvələrdən istifadə etmək istəmədi.
“Mən “Qırmızı xətti” 59 raket buraxılışı ilə keçdim” – dedi Tramp.
Trampın dediyinə görə, cari ilin yay fəslində Vladimer Putin ilə görüşü istisna olunmur.