Donald Tramp konqresdə ona qarşı başladılan impiçment prosesini fırıldaqçılıq və ayıb adlandırır
Donald Tramp konqresdə ona qarşı başladılan impiçment prosesini fırıldaqçılıq və ayıb adlandırır

ABŞ prezidenti Donald Tramp konqresdə ona qarşı başladılan impiçment prosesini “fırıldaqçılıq və ayıb” adlandırır.

Bu barədə bəyanatı Tramp jurnalistlərə Ostində, “Apple” şirkətinin zavoduna qonaq olarkən verdi.

“Bu proses ölkəmizin ayıbıdır” – dedi Tramp və qeyd etdi ki, o Ukrayna iqtidarından birşey tələb etməyib.

ABŞ prezidenti medyayı saxta xəbərlər yaymaqla və ölkəyə zərər verməyə çalışmaqla ittiham edir.

“Medyanın böyük hissəsi saxtakar və fırıldaqçıdır. “CNN”, “NBC”, “ABC”, “CBAS”, “Vaşinqton Post”, “Nyu-York Taims”, – bunların hamısı yalançı mətbuatdır. Bunlar öz ölkələrinə zərər verdikləri üçün utanmalıdırlar” – dedi Tramp.

Xatırladaq ki, opponetləri Donald Trampı Ukrayna prezidenti Vladimer Zelenskiyə, ABŞ-ın sabiq vitse-prezidenti Co Baidenə qarşı istintaqın başladılması tələbi ilə, təzyiq etməklə suçlayırlar.