Donald Tramp Kamala Harrislə bir daha debatda iştirak etməyəcəyini açıqlayıb

10:11, 13.09.2024

Donald Tramp Kamala Harrislə bir daha debatda iştirak etməyəcəyini açıqlayıb. Bu barədə ABŞ prezidentliyinə namizəd özünün Truthsocial sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, sorğular onun Kamala Hariyə qarşı ilk debatda inamlı qələbə qazandığını göstərir.

“Sorğular aydın göstərir ki, mən Kamala Harrisə qarşı debatda qalib gəldim və o, dərhal ikinci debat tələb etdi. Harris və Crook Joe ölkəmizi məhv etdi, milyonlarla cinayətkar ABŞ-a gəlir, inflyasiya orta təbəqəmizi iflasa uğratdı. Bunu hər kəs bilir və mən Kəmalə və Co-nun Co ilə ilk debatda və Harri ilə ikinci debatda yaratdığı bütün digər problemləri ətraflı şəkildə izah etdim. Kəmalə son dörd il ərzində gördüyü işlərə diqqət yetirməlidir. Üçüncü debat olmayacaq!”. Tramp yazıb.

Oxşar