Donald Tramp, Kamala Harrisin seçilməsi halında, ölkəni tənəzzül riskinin təhdid etdiyini bildirir
Donald Tramp, Kamala Harrisin seçilməsi halında, ölkəni tənəzzül riskinin təhdid etdiyini bildirir

 
ABŞ-ın sabiq prezidenti və prezidentliyə hazırkı namizəd Donald Tramp, vitse-prezident Kamala Harrisin prezident seçilməsi halında, ölkəni tənəzzül riskinin təhdid etdiyini bildirir. Bu haqda Tramp “Fox News”a müsahibəsində deyib.

“Harris qalib gəlsə, fikrimcə 1929-cu ildəki kimi depressiyaya düşəcəyik. Fikrimcə, bu nə vaxtsa ölkənin başına gələcək şeydir”- Tramp deyib.

Respublikaçıların namizədi həmçinin Harrislə “ABC News”un efirində keçiriləcək debatdan danışıb.

“Onlar ən vicdansız və dəhşətlidirlər” – deyə Tramp “ABC News” haqqında deyib, lakin prezidentliyə namizəd ona məhz bunu təklif etdiklərini də qeyd edib.