Donald Tramp İsraili Qüdsdə ABŞ səfirliyinin açılışını təbrik edir. Video müraciətində ABŞ prezidenti bəyan edir ki, İsrail suveren dövlətdir və hüququ var ki, paytaxtı hansı şəhərin olmasını özü müəyyən etsin.
“İsrail suveren dövlətdir və bütün başqa dövlətlər kimi, onun paytaxtının hansı şəhərin olamasını müəyyənləşdirməyə hüququ var. Lakin illər ərzində biz gerçəkliyi ki, Qüds İsrailin paytaxtıdır, etiraf etmirdik.
2017-ci ilin dekabrın 16-da, mənim sərəncamım ilə, ABŞ yekun və rəsmi olaraq Qüdsü İsrailin paytaxtı olaraq tanıdı”, – Donald tramp bəyan edir.
Qüdsdə ABŞ-ın səfirliyinin açılmasına etiraz əlaməti olaraq İsrail sərhədində minlərlə fələstinli toplaşndı. Aksiyanın bir neçə iştirakçısı İsrail ərazisinə keçməyə cəhd etdi. Nəticədə qarşıdurma baş verdi. Hərbiçilər aksiya iştirakçılarına atəş açdılar. Qarşıdurma zamanı 40-dan artıq fələstinli həlak oldu.