Donald Tramp – İranla müharibə ABŞ-ın aralıq seçkilərindən sonra, bəlkə də daha əvvəl başa çatacaq
İranla müharibə ABŞ-ın aralıq seçkilərindən sonra, bəlkə də daha əvvəl başa çatacaq, – bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Bununla yanaşı, ABŞ Prezidentinin sözlərinə görə, benzinin qiyməti əvvəl olduğu kimi kəskin şəkildə aşağı düşəcək.
“Nə etdiyimi bilirdim, bunu etməli idim. İranın nüvə silahı ola bilməz və olmayacaq da. Bu, bəlkə də aralıq seçkilərinə qədər başa çata bilər, lakin yekun olaraq məhz aralıq seçkilərindən sonra bitəcək. Baxın sizə nə deyəcəm: İran saziş əldə etməyi çox istəyir. Onlar daim zəng edir və razılaşma imzalamaq istəyirlər. Mən isə heç bir faydası olmayan belə bir sazişi imzalamayacağam”, – deyə Donald Tramp qeyd edib.
Tramp İran və Fars körfəzi ölkələri arasında planlaşdırılan görüş barədə nə düşündüyü ilə bağlı suala belə cavab verib: “Məni maraqlandırmır, bu onlardan asılıdır, tamamilə məqbuldur. Əgər onlar xoşbəxt olacaqlarsa — əladır. İsrail və haqqında söhbət etdiyimiz o ölkələr xoşbəxtdirlərsə, bu yaxşıdır”.