Donald Tramp: İranın nüvə silahından imtina prosesi uğurla davam edir
Donald Tramp: İranın nüvə silahından imtina prosesi uğurla davam edir
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın nüvə silahından imtina prosesi uğurla davam edir.
Tramp, həmçinin ABŞ və İran nümayəndələri arasında Dohada keçirilən dolayı danışıqlara toxunaraq görüşlərin çox müsbət keçdiyini bildirib.
“Biz çox yaxşı münasibətdəyik. İran uzun yol qət edib. Düşünürəm ki, onlar yaxşı vəziyyətdədirlər”, – deyə ABŞ Prezidenti qeyd edib.
Bu gün ABŞ və İran nümayəndələri Qətərin paytaxtı Dohada texniki danışıqlar aparıblar. Görüşün məqsədi Hörmüz boğazında dəniz nəqliyyatı axınının hərəkəti ilə bağlı razılığa gəlmək və atəşkəsin uzunmüddətli təmin olunmasına nail olmaq olub.