Donald Tramp – İndi qərar verməliyəm, İran ya çox ədalətli bir müqaviləyə imza atacaq, ya da artıq mövcud olmayacaq
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə söhbətində bildirib ki, İran “çox ədalətli bir müqaviləyə” imza atmalıdır, əks halda, artıq mövcud olmaya bilər.
“İndi qərar verməliyəm. Onlar ya çox ədalətli bir razılaşma imzalayacaqlar, ya da mövcud olmayacaqlar”, – deyə Tramp bildirib.
Trampın sözlərinə görə, İranın nüvə silahı olmayacaq və Vaşinqton bu məsələ ilə bağlı razılaşma gözləyir.
“Onların nüvə silahı ola bilməz və olmayacaq da. Onlar nüvə silahına sahib olmayacaqları ilə razılaşırlar”, – deyə ABŞ prezidenti bildirib.
Tramp həmçinin İrandakı iqtisadi vəziyyətdən danışıb və ölkədə inflyasiyanın 301%-ə çatdığını, milli valyutanın dəyərdən düşdüyünü və iqtisadiyyatın ağır vəziyyətdə olduğunu bildirib.
Bununla yanaşı, ABŞ Prezidenti neft qiymətlərinin çox yaxında enəcəyini bəyan edib.
“Neft çox, çox tezliklə ucuzlaşacaq. İranla hər şey bitən kimi neft qiymətləri enəcək və bu, faktiki olaraq artıq baş verir”, – deyə Tramp jurnalistlərlə söhbəti zamanı bildirib.