Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp “Şükranlıq günü” ilə bağlı iki hinduşkayı “Əfv etdi”.
Hinduşkaların “əfv edilmə” mərasimi ənənəvi olaraq, Ağ Evin həyətində keçirildi.
Bred və Batter adlı hinduşkaları Virciniyadaki bir fermaya göndərəcəklər.
Ənənəyə əsasən, Amerika Birləşmiş Ştatlarında hər bir ailədə, Şükranlıq günündə mütləq hinduşka olmalıdır.
1940-cı ildə isə, ABŞ prezidenti Hari Trumen Şükranlıq günündə, hinduşkaların “əfv edilməsi” ənənəsini əsasladı.
Daha sonra, digər prezidentlər Trumenin ənənəsini davam etdirdilər.