Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp seçkilərdə Demokratik Partiyasından onun rəqibini, keçmiş dövlət katibini, Hillari Klintonu ən uğursuz adam hesab edir.
“Yalançı Hillari Klinton bütün zamanların ən uğursuz adamıdır. O, sadəcə olaraq dayana bilımir, bu isə Respublika Partiyası üçün yaxşıdır. Hillari, öz həyatınla yaşa və 3 ildən sonra bir daha sına”, – Amerika prezidenti öz “Tvitter” mikrobloqunda yazır.
ABŞ prezidentinin qıcıqlandırmasına Hillari Klintonun son bəyanatı səbəb oldu. “Mother Jones” ilə müsahibəsində o, dedi ki, 2016-cı il prezident seçkilərinin legitimliyi ilə bağlı sualları var.