Donald Tramp, Gürcüstanın ABŞ-ın müttəfiqi və partnyoru kimi hallandığı avtorizasiya aktını imzaladı
Donald Tramp ABŞ-da Milli Müdafiyə Avtorizasiya aktını imzaladı (FY19NDAA).
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, aktın yazılarına əsasən, Gürcüstan Avropanın təhlükəsizlik kontekstində Qara Dəniz və Baltikyanı ölkələrlə birlikdə ABŞ-ın müttəfiqi və partnyoru kimi qeyd olunur.
İdarənin dediyinə görə, müdafiyə avtorizasiyası aktı 2019-cu fiskal il üçün ABŞ-ın Müdafiyə departamentinin büdcə prioritetlərini müəyyən edir.
Qanunun #1248 alt bəndi, Avropada Rusiya aqressiyasının dayandırılmasına aiddir (SENSE OF SENATE ON ENHANCING DETERRENCE AGAINST RUSSIAN AGGRESSION IN EUROPE).