Donald Tramp Fransada səfirdədir və digər dünya liderləri ilə birlikdə Notr-Dam de Parisin açılış mərasimində iştirak edəcək
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp digər dünya liderləri ilə birlikdə Paris Notr-Dam kilsəsinin açılış mərasimində iştirak edəcəyi Fransaya s’f’r edib. Bu barədə “France 24” məlumat yayıb.
Bu, Trampın prezident seçkilərində qalib gəldikdən sonra xaricə ilk səfəridir. Tramp şəxsi təyyarəsi ilə Parisin Orli hava limanına uçub.
Səfər çərçivəsində Donald Tramp və Fransa prezidenti Emmanuel Makron arasında ikitərəfli görüş planlaşdırılır. Ukrayna prezidenti Vladimir Zelenski də Parisdədir.
Yelisey Sarayından verilən məlumata görə, Trampla görüşdən sonra Emmanuel Makron Ukrayna lideri ilə də ikitərəfli danışıqlar aparacaq.
Bundan başqa, bundan əvvəl də xarici mediada Donald Trampla Vladimir Zelenski arasında görüşünün Fransada keçirilə biləcəyi xəbəri yayılmışdı. Lakin Ukrayna prezidentinin nümayəndə heyəti mümkün görüşü şərh etməyib.
Məlumat üçün bildirək ki, Parisdəki Notr-Dam kilsəsi 2019-cu ildə yanğın nəticəsində zədələnmişdi. Bərpa edilmiş kilsədə ilk ayin sabah keçiriləcək.