Donald Tramp Elon Mask və Vivek Ramasvamini Hökumətin Səmərəliliyi Departamentinin rəhbərləri təyin edib

10:57, 13.11.2024

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp amerikalı milyarder Elon Maskı və Respublikaçılar Partiyasından prezidentliyə keçmiş namizəd Vivek Ramasvamini yeni Hökumətin Səmərəliliyi Departamentinin rəhbərləri təyin edib.

“Birlikdə bu iki böyük amerikalı mənim administrasiyama hökumət bürokratiyasını dağıtmağa, lazımsız qaydaları azaltmağa, israfçı xərcləri azaltmağa və federal agentlikləri yenidən strukturlaşdırmağa rəhbərlik edəcək – Amerikanı xilas et hərəkatı üçün vacibdir.” – Tramp bildirib.

Donald Trampın sözlərinə görə, Elon Mask və Vivek Ramasvamiyə dövlət xərclərində köklü dəyişikliklər etmək səlahiyyəti veriləcək.

Yeni şöbənin hansı formada olacağı hələ də bəlli deyil.

“Hökumətin Səmərəliliyi Departamenti hökumətdən kənar məsləhətlər və təlimatlar verir.” – Tramp deyir.

Bəyanatda həmçinin qeyd olunub ki, təşkilat “geniş miqyaslı struktur islahatları həyata keçirmək üçün Ağ Ev və mövcud İdarəetmə və Büdcə Ofisi ilə işləyəcək”.

Trampın sözlərinə görə, Elom Mask və Vivek Ramasvaminin işi ABŞ-ın Müstəqillik Günü, 4 iyul 2026-cı ilə qədər tamamlanmalıdır.

Elon Maskın özü artıq sosial şəbəkədə bu qərara cavab verib, o qeyd edib ki, idarə sistem üçün şok olacaq və dövlət vəsaitlərinin israf edilməsində iştirak edən hər kəsə təsir edəcək.

“İnsanların bunun vəziyyəti nə qədər dəyişəcəyi barədə heç bir fikri yoxdur.”-  Mask sosial şəbəkədə yazıb.

Oxşar