Donald Tramp - Co Baydenin problemi bacarıqsızlıqdır
Donald Tramp - Co Baydenin problemi bacarıqsızlıqdır

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Virciniya ştatında tərəfdarları qarşısında çıxış edib.

Tramp tərəfdarları ilə görüşü müzakirələrdən danışaraq açaraq, bunun “Co Bayden” üzərində böyük qələbə olduğunu deyib.

Prezidentliyə namizədin sözlərinə görə, Baydenin problemi yaşda deyil, çünki o, yaxşı formada olan bir çox yaşlı insanları tanıyır.

Onun sözlərinə görə, Baydenin problemi bacarıqsızlıqdır.

“Bu seçki güc və zəiflik, səriştə və bacarıqsızlıq, sülh və rifah, müharibə və ya müharibə olmaması arasında seçimdir”, – Tramp bildirib.

Donald Trampın sözlərinə görə, debat təkcə Bayden üçün deyil, həm də radikal solçular və saxta xəbər mediası üçün məğlubiyyət olub.

“Cienen”in məlumatına görə, prezident Co Baydenlə Respublikaçılar Partiyasının namizədi Donald Tramp arasındakı debatı izləyən qeydiyyatdan keçmiş seçicilərin əksəriyyəti Donald Trampın debatı daha yaxşı idarə etdiyinə inanır.