Donald Tramp - Bütün dünya bizim əleyhimizə çevrilir, müttəfiqlərimiz zəifləyir
Donald Tramp - Bütün dünya bizim əleyhimizə çevrilir, müttəfiqlərimiz zəifləyir

 
Bütün dünya bizim əleyhimizə çevrilir, müttəfiqlərimiz zəifləyir, Çin və Tayvanla bağlı nələrin baş verdiyinə baxın-bu haqda ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib.

Donald Tramp, ABŞ əleyhinə olan hər kəsin tərəfdaşlıq qurduğunu deyib.

“Bütün dünya bizim əleyhimizə çevrilir, müttəfiqlərimiz zəifləyir, Çin və Tayvanla bağlı nələrin baş verdiyinə baxın. Bu, böyük işdir”- Donald Tramp bildirib.

Eyni müsahibəsində Donald Tramp Rusiya və Çin haqqında danışıb və qeyd edib ki, Barak Obama və Co Bayden Moskva və Pekini yaxınlaşmağa məcbur edib, onun özü isə prezidentliyi dövründə bunun əksinə hərəkət edib.

Donald Tramp, Ukrayna müharibəsinin Rusiya və Çini bir-birinə yaxınlaşdırdığını, eyni zamanda İran və Şimali Koreyanı da arenaya çıxardığını bildirib.