Donald Tramp: Bu gün İranla müharibəni başa çatdırdıq, onlar heç vaxt nüvə silahına sahib olmayacaqlarına razılıq verdilər
“Bilmirəm, bunu eşitmisiniz, ya yox, amma biz bu gün İranla müharibəni başa çatdırdıq”, – bunu ABŞ Prezidenti Donald Trump bildirib.
“Onlar heç vaxt nüvə silahına sahib olmayacaqlarına razılıq verdilər. Biz bunu qətiyyətlə tələb edirdik. Məqsəd də məhz bu idi. Bütün məsələnin 95 faizi bundan ibarət idi”, – deyə Donald Tramp qeyd edib.
ABŞ prezidentinin sözlərinə görə, İran ABŞ-dan daha çox razılaşma əldə etməkdə maraqlıdır.
Bundan əvvəl Donald Tramp bildirmişdi ki, razılaşma bir neçə gün ərzində imzalanacaq və bunun Avropada baş verməsi mümkündür.