Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp XX əsrin əvvəlində ağır çəkidə ilk qaradərili çempion olan, Cek Consonu əfv etdi, – məlumatı CNN yayır.
Consonu 1913-cü ildə ştatlar arasında qadınların “əxlaqsız məqsədlərlə” daşımasına görə mühakimə etdilər. Boksçunu bir illik azadlıqdan məhrum etdilər, baxmayaraq ki, cinayət qanunun qəbul olunmasına qədər bir il əvvəl törədilmişdi. Ona qarşı ifadəni 1909-10-ci illərdə görüşdüyü qadın verdi.
Conson yeddi il xaricdə yaşayırdı. 1920-ci ildə ABŞ-a döndükdən sonra o, cəzasını çəkdi. Bokşçu 1946-cı ildə vəfat etdi.
Əfv sənədinin imzalanmasında aktyor Silvester Stalonne iştirak edirdi. Aydın olur ki, boksçunun əhvalatını prezidentə məhz o, danışdı.