Donald Tramp – Bizim İranla bağlı qəbul edəcəyimiz bir qərarımız var, bu, ya asan, ya da çətin yol olacaq
Screenshot
ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etmək qərarına gələ biləcəyini bildirir.
“İranla bağlı verəcəyim bir qərar var. İran məhv edilib. Ona görə də yeganə sual budur ki, bu, asan yol olacaq, yoxsa çətin. Bizim ya asan, ya da çətin bir yolumuz olacaq”, – deyə Tramp Ağ Evdən çıxarkən jurnalistlərə bildirib.
Bununla yanaşı, Ağ Ev rəhbəri qeyd edib ki, İran nüvə silahı əldə etmək planlarından “faktiki olaraq imtina edir”.
“Yeri gəlmişkən, bildiyiniz kimi, İran nüvə silahı ilə bağlı istənilən plandan praktiki olaraq imtina edir”, – deyə o bildirib.
Buna qədər isə “Axios” nəşri məlumat yaydı ki, Trampın milli təhlükəsizlik üzrə baş köməkçiləri ABŞ-nin İranla, eləcə də Yəməndə Səudiyyə Ərəbistanı və “husilər” arasındakı münaqişə ilə bağlı variantlarını müzakirə etmək üçün Kemp-Deviddə gizli şəkildə görüşüblər.
“Reuters” agentliyinə mənbələr bildiriblər ki, Birləşmiş Ştatlar miqyaslı hərbi hücumları bərpa edəcəyi təqdirdə, İran daha geniş və gücə əsaslanan cavab tədbirləri hazırlayır.