Donald Tramp - Biz qalib gəlirdik və birdən hər şey dayandı, bütün bunlar saxtakarlıqdır
Donald Tramp - Biz qalib gəlirdik və birdən hər şey dayandı, bütün bunlar saxtakarlıqdır

ABŞ prezidenti Donald Trampın dediyinə görə, o prezident seçkilərində qalib olmağa doğru gedirdi, ancaq “birdən hər şey dayandı”.

Prezidentin dəyərləndirməsinə görə, “bütün bunlar saxtakarlıqdır”.

“Bu bizim ölkəmizin ayıbıdır. Biz bu seçkilərdə qalib olmaq üçün hazırlaşırdıq. Səmimi desək, biz artıq qalib hesab edilirdik. İndi çox önəmli bir momentdir. Biz istəyirik ki, qanun doğru şəkildə işləsin və ona görə də ABŞ-ın Ali Məhkəməsinə müraciət edəcəyik. Biz səs vermə prosesinin dayandırılmasını tələb edirik” – dedi Donald Tramp.

Xatırladaq ki, poçt vasitəsi ilə səslərin qəbulu bir neçə gündür davam edir. Poçt vasitəsi ilə səs verənlər arasında prezident seçkilərində qərar verici ştat olması ehtimal olunan Pensilvaniya da var.