Donald Tramp bildirir ki, qələbə halında, Nikki Heylini vitse-prezident vəzifəsi üçün nəzərdə tutmayacaq
Donald Tramp bildirir ki, qələbə halında, Nikki Heylini vitse-prezident vəzifəsi üçün nəzərdə tutmayacaq

ABŞ-ın prezidentliyinə namizəd Donald Tramp bildirir ki, Nikki Heylini vitse-prezident vəzifəsi üçün nəzərdən keçirməyəcək.
Bu barədə Tramp sosial şəbəkədə yazıb.

Trampın cavabı, onun Respublikaçılar partiyasının praymerizindəki rəqibi olan Nikki Heylini qələbə halında vitse-prezident vəzifəsinə təyin edəcəyinə dair məlumatın “axios” nəşri tərəfindən yayılmasının ardınca gəldi.

“Nikki Heyli vitse-prezident vəzifəsinə nəzərdən keçirilməyəcək, amma ona uğurlar arzulayıram!” -Tramp yazır.

“Axios” nəşri yazırdı ki, Tramp Heylinin prezident seçkilərində və məhkəmə müzakirələrində ona kömək edəcəyinə əmin olsaydı, onun namizədliyini nəzərdən keçirərdi.