Donald Tramp bildirib ki, Hörmüz boğazı yaxınlığında ABŞ ordusuna məxsus helikopterin qəzaya uğraması nəticəsində amerikalı hərbçilər xəsarət almayıb
Hörmüz boğazı yaxınlığında ABŞ ordusuna məxsus helikopterin qəzaya uğraması nəticəsində amerikalı hərbçilər xəsarət almayıb, – bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, göyərtədə olan hər iki ekipaj üzvü təhlükəsiz vəziyyətdədir.
“Pilotlar yaxşıdır, heç kim xəsarət almayıb. Sabah rəsmi hesabatı dərc edəcəyik, amma pilotlar yaxşıdır,” – deyə Donald Tramp qeyd edib.
“Associated Press”in məlumatına görə, həmin helikopter ABŞ qüvvələrinin İran neft daşımalarının və tanker hərəkətinin bloklanmasında istifadə etdiyi əsas vasitələrdən biridir; məqsəd isə Tehrana təzyiq göstərərək ölkəni razılaşmaya məcbur etməkdir.
Media həmçinin bildirir ki, eyni tip helikopterlər Birləşmiş Ərəb Əmirlikləri tərəfindən də İran dronlarının vurulmasında istifadə olunub.
Qeyd edək ki, Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus “Apache” döyüş helikopteri qəzaya uğrayıb. Hadisənin səbəbi hələlik məlum deyil.