Donald Tramp bəzi ölkələr haqqında senzurasız kəlimələrlə bəhs etdiyi barədə iddiaları yalanlayır
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp bəzi ölkələr haqqında senzurasız kəlimələrdən istifadə etdiyi barədə iddiaları rədd edir.
Donald Tramp öz “Tvitter” hesabında yazır ki, o amerikan medya vasitələrində yazıldığı kimi, “iyrənc dəliklər” kəliməsini deməyib, ancaq lüğəti olduqca sərt olub.
Amerikan medyasının yaydığı məlumata görə, Donald Tramp Haiti və Afrika ölkələrini “iyrənc dəliklər” adlandırdı.
Amerikan agentliklərinin yaydığı məlumata görə, Donald Tramp bəyan etdi ki, imiqrasiya sistemi, Norvegiya kimi daha çox inkişaf etmiş ölkələrin vətəndaşlarına üstünlük verməlidir.
Qeyd olunan bəyanatla bağlı BMT-nin nümayəndəsi, Haiti iqtidarı, amerikalı konqresmenlər və hüquqmühafizəçilər etirazlarını bildirdilər.