Donald Tramp bəyan edir ki, ABŞ iqtidarı Suriyəli kürtləri dəstəkləməyə davam edəcək
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp bəyan edir ki, ABŞ iqtidarı Suriyəli kürtləri dəstəkləməyə davam edəcək.
Bu bəyanatı Donald Tramp mikro-bloq “Tvitter” vasitəsi ilə verib.
“Bəlkə də biz Suriyədən əsgərlərimizi çıxardırıq, ancaq, xüsusi bir millət və möhtəşəm döyüşçü olan kürtləri heç bir təqdirdə tək qoymayacağıq.
NATO-nun üzvü və partnyorumuz olan Türkiyə ilə münasibətlərimiz də çox yaxşıdır.
Ən çox kürt əhalisi Türkiyənin var və o yaxşı bilir ki, bizim Suriyədə sadəcə 50 əsgərimiz qalıb, onları çıxardırıq. Türkiyə tərəfindən ediləcək hər hansı gərəksiz bir hərəkətin Türkiyə iqtisadiyyatı və milli valyutası üçün yox edici dərəcədə mənfi nəticəsi olacaq.
Biz kürtlərə maddi dəstək və silah verərək, yardım edirik”, – yazır Donald Tramp.