Donald Tramp bəyan edir ki, ABŞ-a qarşı həyata keçirilən kiber-hücumün miqyasını medya gərəkdiyindən çox işıqlandırdı
ABŞ-ın hələ qüvvədə olan prezidenti Donald Tramp bəyan edir ki, ABŞ-a qarşı həyata keçirilən kiber-hücumü medya gərəkdiyindən çox işıqlandırdı.
Trampın dediyinə görə, kiber-hücum Çin tərəfindən təşkil oluna bilərdi.
“Kiber-hücum məsələsi “feyk nyuslarda” olduğundan çox daha böyük göstərildi. Mən bu məsələyi öyrəndim və hər şey nəzarət altında idi. Nə baş versə, hər zaman Rusiya, Rusiya, Rusiya deyilir, halbuki, ola bilsin maliyyə məsələlərinə görə, deməyə belə qorxurlar ki, bunun arxasında Çin durur.
Hətta kiber-hücum bizim gülməli olan səs vermə mexanizmlərimizə də edilmiş ola bilər, hansında əslində mən qalib gəldim” – dedi Donald Tramp.
Xatırladaq ki, ABŞ-ın iqtidar orqanlarına, özəl şirkətlərinə və strateji infrastruktur obyektlərinə rus hakerləri tərəfindən kiber-hücum edildi.
Kiber-hücumun qurbanları ABŞ-ın xəzinə və ticarət departamenti də oldular.