Donald Tramp – Ağ Evə girəndən sonra bir gün ərzində ABŞ-da uçan sirli dronlar haqqında məlumat verəcəyəm

15:01, 10.01.2025

Ağ Evə girəndən sonra bir gün ərzində ABŞ-da uçan sirli dronlar haqqında məlumat dərc edəcəyəm. – Bunu ABŞ-ın seçilmiş prezidenti Donald Tramp bəyan edib.

Onun sözlərinə görə, bu barədə heç kim danışmır və nədən olduğu bilinmir.

“Gülməli odur ki, dronlarla nə baş verdiyini sizə demirlər. Bu gün mənə də dedilər ki, Virciniyada hər yerdə dron var. Bu barədə heç kim heç nə demir, niyə bilmirəm. Ola bilər ki, biz dronları göndəririk, araşdırma aparırıq. Bəlkə də ona görə danışmırlar. Ümid edirəm ki, düşmən deyil. İnauqurasiya üçün mənə vaxt verin və mən sizə tezliklə nə baş verdiyini deyim. Onlar bilirlər və çox qəribədir ki, bu haqda danışmırlar”. – Donald Tramp bildirib.

Oxşar