Ötən gecə ABŞ dünyanın bir nömrəli terrorçusunu, Abu Bakr Al-Bağdadini məhv etdi, – bu barədə ABŞ prezidenti, Donald Tramp mətbuat konfransında bəyan etdi.
“Abu Bakr Al-Bağdadi “İslam Dövlətinin lideri idi. ABŞ onu illər ərzində axtarırdı. Bağdadinin yaxalanması və ya məhv edilməsi ABŞ-ın milli təhlükəsizliyinin prioriteti idi. ABŞ, gecə Suriyada təhlükəli əməliyyat keçirdi. Bu əməliyyat uğurlu idi”, – Tramp bəyan etdi.
Elə onun dediyinə görə, əməliyyat zamanı ABŞ-ın hərbiçiləri xəsarət almayıblar.
Bununla yanaşı, ABŞ prezidentinin məlumatına görə, Abu Bakr Al-Bağdadi ilə birlikdə onun bir çox həmfikirlisi qətlə yetirilib. Trampın dediyinə görə, Al-Bağdadi qaçıb gizlənərkən, tuneldə özünü “şəhid kəməri” ilə partlatdı.