Donald Tramp ABŞ-ın altı mühüm ştatında Co Baydeni bir qədər qabaqlayır
Donald Tramp ABŞ-ın altı mühüm ştatında Co Baydeni bir qədər qabaqlayır

Donald Tramp ABŞ-ın altı mühüm ştatında Co Baydeni qabaqlayır. Bu barədə Amerika Universiteti, “Emerson College” və “Hill” nəşrinin sosioloji sorğusunda qeyd edilib.

Nəşrin yazdığına görə, bu altı ştatın qarşıdan gələn prezident seçkilərinin nəticələri ilə bağlı qərar vermə ehtimalı var.

Sorğulara görə, Tramp Arizona və Corciya ştatlarında Baydenə 4 faiz, Viskonsin və Nevada ştatlarına 3 faiz, Pensilvaniyada 2 faiz, Miçiqan ştatında isə Tramp 1 faiz öndədir. Respondentlərin əksəriyyəti Donald Tramp və Co Baydenin oğlu Hunter Baydenə qarşı irəli sürülən ittihamların onların səslərinə təsir etməyəcəyini bildirib.