ABŞ prezidenti Donald Tramp oktyabrın 9-da Ərdoğana yazdığı məktubda, Türkiyəyə Suriyada hərbi əməliyyatın mümkün nəticələri barəsində xəbərdarlıq verirdi.
“Kobud olma, axmaq olma”, – Tramp Ərdoğana yazırdı.
9 oktyabr tarixli məktubu Ağ Ev yaydı. Qeyd olunasıdır ki, Ankara Suriyada hərbi əməliyyata oktyabrın 9-da başladı. Məktubda ABŞ prezidenti çalışırdı ki, Ərdoğanı Suriyaya girməməyə inandırsın.
Əməliyyatın başlanılması barəsində Ərdoğan Donald Trampa oktyabrın 6-da, telefon söhbəti zamanı bildirdi.
ABŞ hakimiyyətinin təsdiq etdiyinə görə, Vaşinqton Türkiyə üçün Suriyada əməliyyata başlamasına “yaşıl işıq” yandırmayıb.