Dolu və güclü külək Laqodexi Munisipalitetinin bir neçə kəndinə ziyan vurub, həyətyanı sahələrə ziyan dəyib, ağaclar kökündən qopub
Dolu və güclü külək Laqodexi Munisipalitetinin bir neçə kəndinə ziyan vurub, həyətyanı sahələrə ziyan dəyib, ağaclar kökündən qopub

Təbii fəlakət Laqodexi Munisipalitetinin Kabali, Qurqeniani və Baisubani kəndlərinə ziyan vurub.

Yerli sakinlərin sözlərinə görə, dolu və güclü külək nəticəsində ağaclar kökündən qopub, məhsulun bir hissəsi məhv olub.

Laqodexinin qubernatoru Condo Mdivnişvilinin sözlərinə görə, təbii fəlakətin vurduğu ziyanla bağlı göstəricilər dəqiqləşdirilir.