Dolu Laqodexi munisipalitetinin üç kəndinə ziyan vurdu
Dolu Laqodexi munisipalitetinin üç kəndinə ziyan vurdu

Laqodexi munisipalitetində güclü dolu var idi. Təbii fəlakət üç kəndə – Baisubani, Kvemo Msxalqori və Patara Qori kəndinə ziyan vurdu.

Laqodexi munisipalitetinin meri, Condo Mdivnişvilinin məlumatına görə, 50-60 faizlə üzüm bağları, evyanı torpaq sahələri və kənd təsərrüfatı torpaq sahələri məhv olub.

Dolu nəticəsində vurulan ziyanın miqdarı bu mərhələdə məlum deyil.