Dohanın mərkəzində, Bayraqlar Meydanında Gürcüstan barəsində banner yerləşdirildi və videoçarx nümayiş olundu
Gürcüstanın Qətər Dövlətindəki Səfirliyi və Qətər Milli Muzeyinin birgə əməkdaşlığı ilə, Dohanın mərkəzində yerləşən Bayraqlar Meydanında (Flag Plaza) gürcü bannerinin açılışı və Gürcüstan haqqında imic videoçarxının nümayişi oldu.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Dohadakı “Flag Plaza”-da hər gün rəqəmsal ekranda Gürcüstanla bağlı videoçarx on gün ərzində nümayiş etdiriləcək.
“2022-ci il Dünya Futbol Çempionatı zamanı “Flag Plaza” çempionat çərçivəsində bir çox mədəni, möhtəşəm və əyləncəli tədbirlərə ev sahibliyi edəcək ən görkəmli turizm lokasiyalarından biri olacaq”, – Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.