Doqquz ayda Gürcüstandan 65,2 milyona qədər şüşə şərabı eksport edildi
Milli Şərab Agentliyinin məlumatına görə, 2019-cu ilin doqquz ayında, Gürcüstandan dünyanın 50 ölkəsinə 65,2 milyona qədər şüşə şərabı ixrac edildi, bu da 2018-ci ilin göstəricisindən 10 faiz artıqdır.
Elə onların məlumatına görə, ixrac şərabının dəyəri 164 milyon ABŞ dollarına çatır.
Eksport gürcü şərabının strateji bazarında artdı: ABŞ – 60% (533 206 şüşə), Böyük Britaniya – 40% (93 067 şüşə), Polşa – 18% (2 905 372 şüşə) və Çin – 11% (5 334 939 şüşə). İxrac artımı dinamikası aşağıdakı ölkələrdə də müşahidə olunur: Litva – 52% (503 832 şüşə), Almaniya – 36% (476 145 şüşə), Belarusiya – 35% (1 606 565 şüşə), İsrail – 88% (218 921 şüşə), Estoniya – 19% (499 736 şüşə), Rusiya – 11% (41 112 235 şüşə), Moldova – 5717% (411 812 şüşə), Hollandiya – 21% (73 078 şüşə), Çexiya 102% – (62 700 şüşə) , İsveç – 397% (55 506 şüşə), Bolqarıstan – 51% (24 228 şüşə), Avstraliya – 15% (19 636 şüşə), Kanada – 2% (121 650 şüşə), Monqolustan – 13% (184 212 şüşə) va sair.
Eksport onluğu ölkələri: Rusiya (41 112 235 şüşə), Ukrayna (6 766 841 şüşə), Çin (5 334 939 şüşə), Polşa (2 905 372 şüşə), Qazaxıstan (2 477 358 şüşə), Belarusiya (1 008 888 şüşə), Latviya ( 988 122 şüşə), ABŞ (533 206 şüşə), Litva (503 832 şüşə) və Estoniya (499 736 şüşə).
9 ay göstəricilərinə görə, şərab eksportunu 289 şirkət həyata keçirdi.