Dodo Qugeşaşvilinin oğlu odlu silahdan vurularaq hadisə yerində öldü
Abxaziya müharibəsinin veteranı və sabiq silahlı qüvvələrin polkovniki olan Dodo Qugeşaşvilinin oğlu, yaşayış evlərində baş verən silahlı hücum nəticəsində yerindəcə həyatını itirdi.
Bugün səhər Dodo Qugeşaşvili və oğlu Qriqol Qugeşaşviliyə öz yaşayış evlərində odlu silahdan atəş edildi.
Dodo Qugeşaşvilinin özü isə, ağır vəziyyətdə xəstəxanadadır.
Həkimlərin dediyinə görə, ona əməliyyat keçirilir.
Hadisənin təfərrüatları haqqında məlumat yayılmır.