Dnipro şəhərinə Rusiyanın hücumu nəticəsində 5 nəfər həlak olub, 28 nəfər isə yaralanıb
Dnipro şəhərinə Rusiya tərəfindən səhər saatlarında həyata keçirilən hücum nəticəsində 5 nəfər həlak olub, 28 nəfər isə yaralanıb.
Bu barədə Ukrayna mediası Dnepropetrovsk Regional Hərbi Administrasiyası rəhbərinə istinadən məlumat yayıb.
Məlumata görə, yaralıların bir qismində baş nahiyəsində travmalar, qəlpə yaraları və sınıqlar qeydə alınıb. Onlardan 4 nəfərin vəziyyəti ağırdır.
Daha əvvəl 4 nəfərin öldüyü və 21 nəfərin yaralandığı barədə məlumat yayılmışdı. Hadisə yerində fövqəladə xidmətlər işləyir.