Dmitro Kuleba - cəbhədə nə baş verdiyini, Rusiyanın nə etdiyini görürük, lakin ola bilsin diplomatiya hələ də işləyə
Dmitro Kuleba - cəbhədə nə baş verdiyini, Rusiyanın nə etdiyini görürük, lakin ola bilsin diplomatiya hələ də işləyə

Ukraynanın Xarici İşlər naziri, Dmitri Kuleba böhranın diplomatik yolla həlli şansını hələ də görür, – bu barədə o, “Facebook” sosial şəbəkəsində etdiyi videomüraciətində bəyan etdi.

“Cəbhədə nə baş verdiyini, Rusiyanın nə etdiyini görürük, lakin ola bilsin diplomatiya hələ də işləyə”, – Ukraynanın Xarici İşlər naziri qeyd etdi.

Kulebanın dedihyinə görə, yaxın günlərdə ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiya Xarici İşlər naziri, Sergey Lavrov arasında görüş, eləcə də dünya liderləri ilə Vladimir Putin arasında telefon danışıqları da daxil olmaqla, bir sıra diplomatik addımların atılması planlaşdırılır.

“Biz bütün imkanlardan istifadə edəcəyik ki, Rusiyanı diplomatiya məkanında saxlayaq. Partnyorlarımız bunda bizi dəstəkləyəcəklər. Lkin bu demək deyil ki, biz istənilən ssenari üçün hazırlaşmayaq”, – Kulaba bəyan etdi.