Dmitri Peskov Vladimir Putinin Emmanuel Makron və Fridrix Merts də daxil olmaqla hər kəslə dialoqa hazır olduğunu bildirir

15:43, 30.10.2026

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bildirdiyinə görə, Vladimir Putin Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts də daxil olmaqla hər kəslə dialoqa hazırdır.

Jurnalist Peskovdan Makron və ya Mertsin Kremlə zəng edəcəyi təqdirdə Putinin necə davranacağını soruşub.

“O, cavab verəcək. O, hər kəslə dialoqa hazırdır”, – deyə Kremlin mətbuat katibi cavab verib.

Bununla yanaşı, Dmitri Peskovdan Rusiya prezidentinin Volodimir Zelenski ilə telefon danışığı aparmağa hazır olub-olmadığı soruşulub. O isə “hələlik heç kimin zəng etmədiyini” bildirib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Finlandiya Prezidenti və Norveçin Baş naziri öz təşəbbüsləri ilə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıblar.

Oxşar