Dmitri Peskov – Putin Qərbin hərəkətlərinə həmişə öz cavabını diqqətlə seçir, lakin rusiyalı ekspertlər çətin variantları nəzərdən keçirirlər

15:30, 15.09.2024

Vladimir Putin Qərbin hərəkətlərinə öz cavabını seçməkdə həmişə ehtiyatlı davranır, lakin rusiyalı ekspertlər çətin variantları nəzərdən keçirirlər. – Bu barədə Kremlin sözçüsü Dimitri Peskov məlumat verib.

“Qərbin təcavüzünə mümkün cavab barədə rəsmi səviyyədə müzakirələrə başlamağın vaxtı çatıbmı” sualına Kreml sözçüsü misal olaraq beynəlxalq məsələlər üzrə ekspertlə, mümkün rus düşmənlərini qorxutmaq üçün qabaqlayıcı nüvə zərbəsinin “məşhur xəttini davam etdirən” Serqey Karaqanovla bu yaxınlarda keçirdiyi müsahibəni göstərib.

“Bizim belə müzakirələrimiz kifayət qədərdir, lakin prezident bu məsələdə həmişə son dərəcə diqqətli olur. Bizim silahlı qüvvələrin kifayət qədər imkanları var, silahlı qüvvələri dəstəkləmək üçün kifayət qədər iqtisadi imkanlarımız var. Xüsusi əməliyyat davam edəcək və bütün məqsədlərə nail olunacaq”. Dimitri Peskov deyib.

Oxşar