Dmitri Peskov - Olaf Şolts Vladimir Putinlə telefon danışığı tələb etməyib
Dmitri Peskov - Olaf Şolts Vladimir Putinlə telefon danışığı tələb etməyib

Almaniya kansleri Olaf Şolts Vladimir Putinlə telefon danışığı tələbi ilə müraciət etməyib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

Bundan əvvəl alman mediasında Almaniya kansleri Olaf Şoltsun Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq istədiyi məlumatı yayılıb.

Peskovun söylədiyinə görə, Vladimir Putin 2022-ci ilin dekabrından sonra Şolts ilə əlaqələri olmayıb.

Bununla yanaşı, Kremlin mətbuat katibinin qeyd etdiyi kimi, hazırda Rusiya prezidenti ilə Almaniya kanslerinin ümumi söhbət mövzuları yoxdur və Rusiya ilə Almaniya arasında münasibətlər praktiki olaraq sıfır səviyyəsindədir.

“Beləliklə, üzərdə ortaq mövzular yoxdur, bizim münasibətlərimiz praktiki olaraq sıfıra endirilib və bu, bizim təşəbbüsümüzlə baş verməyib”, – Peskov mediaya deyib.

Kreml nümayəndəsinin söylədiyinə görə, Rusiya lideri hər zaman dialoqa açıq olub və belə də qalır.